ABŞ, Rusiya və Fransadan Qarabağla bağlı bəyanat

  07 Dekabr 2017    Oxunub : 1994
ABŞ, Rusiya və Fransadan Qarabağla bağlı bəyanat

ATƏT-in Minsk qrupu həmsədrlərinin Vyanada Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacanın birgə bəyanatla çıxış ediblər.

AzVision.az-ın məlumatına görə, bəyanatda bildirilib ki, həmsədr ölkələr Helsinki Yekun Aktı və orada göstərilən güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsiplərini əsas götürərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiq ediblər.

Həmsədr ölkələr Azərbaycan və Ermənistan prezidentləri arasında yüksək səviyyəli dialoqun bərpasını, eləcə də hər iki ölkənin xarici işlər nazirlərinin Vyanada keçirilən görüşünü alqışladıqlarını bildiriblər.

AzVision.az

Teqlər: ATƏT   Qarabağ   Bəyanat