Quba “ASAN həyat” Kompleksi FOTOLARDA

Quba “ASAN həyat” Kompleksi FOTOLARDA
  08 Dekabr 2017    Oxunub:9932
Dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” Kompleksinin açılışı olub.
Mərasimdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Qeyd edək ki, kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci Mərkəzidir. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən Quba regional “ASAN həyat” Kompleksinin tikintisi yüksək səviyyədə həyata keçirilib.

Kompleksin tikintisinə bu ilin əvvəlində başlanılıb. Kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektindən ibarətdir. Burada “ASAN xidmət” Mərkəzi, “ASAN təlim” Mərkəzi, “ABAD” Mərkəzi, “ABAD” Məktəbi yaradılıb.

















AzVision.az


Teqlər: Quba   ASAN-Xidmət  





Xəbər lenti