"Gecikmədə Vəkillər Kollegiyasının səhlənkarlığı olub" - Anar Bağırov

"Gecikmədə Vəkillər Kollegiyasının səhlənkarlığı olub" - Anar Bağırov
  08 Dekabr 2017    Oxunub:2957
"Vəkilliyə qəbulun gecikməsində Vəkillər Kollegiyasının səhlənkarlığı olub".

AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov nümayəndəlik institutunun ləğvi və vəkilliyə qəbul prosesindəki gecikmə ilə bağlı sualı cavablandırarkən bildirib.
A. Bağırov deyib ki, Vəkillər Kollegiyasının rəhbərliyi istefa verdiyindən və qurum konfransa hazırlaşdığından vəkilliyə qəbulla bağlı gecikmələr olub: "Biz ən qısa müddətdə sənədlərin qəbulu prosesini bərpa edəcəyik. Bir neçə gün ərzində prosesə başlanacaq".

Qeyd edək ki, qanunvericiliyə edilən son dəyişikliyə əsasən Azərbaycanda nümayəndəlik institutu ləğv edilib, yanvarın 1-dən mülki və inzibati məhkəmə işlərində nümayəndələr iştirak edə bilməyəcək. Azərbaycan prezidenti İlham Əliyev vətəndaşların məhkəmələrdə hüquqi müdafiəsinin təmin edilməsi üçün vəkillərin sayının artırılmasını vacib sayıb və bununla bağlı Vəkillər Kollegiyasına müvafiq tapşırıq verilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Vəkillər-Kollegiyası   Anar-Bağırov  





Xəbər lenti