Lavrov: Rusiya Zuyevlə bağlı Azərbaycandan aqreman istəməyib

Lavrov: Rusiya Zuyevlə bağlı Azərbaycandan aqreman istəməyib
  08 Dekabr 2017    Oxunub:3087
Rusiya heç vaxt Azərbaycan hökumətindən Georgi Zuyev ilə bağlı aqreman istəməyib.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanada təşkil edilən mətbuat konfransında bildirib.

“Doroxin öz missiyasını baş çatdırdıqdan sonra Azərbaycana yeni səfir göndəriləcək. Mən də internetdə sizin verdiyiniz sualla bağlı şayiələri eşitmişəm. Biz Zuyevlə bağlı heç vaxt Azərbaycan hökumətindən aqreman istəməmişik. Kimin hansı əlaqələrə malik olması və bunun siyasətə necə təsir etməsi mövzusu təbii ki, müasir sivilizasiya tələblərinə cavab vermir”, - deyə Lavrov Azərbaycana yeni səfir təyin olunması ilə bağlı sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 27-də bu ölkənin Azərbaycandakı səfiri Vladimir Doroxinin geri çağırılması haqda sərəncam imzalayıb. Bəzi KİV-lərdə yer alan məlumata görə, Doroxini George Zuyev əvəz edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Lavrov   Azərbaycan  





Xəbər lenti