Milli Məclisdə 38 məsələyə baxılacaq

Milli Məclisdə 38 məsələyə baxılacaq
  08 Dekabr 2017    Oxunub:1317
Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.
AzVision.az-ın məlumatına görə, iclasın gündəliyinə 38 məsələ daxil edilib.

Bunlar "Rəsmi statistika haqqında", "Həmkarlar ittifaqları haqqında", Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qaravul xidmətləri nizamnaməsi", Meliorasiya və irriqasiya haqqında", "Məhkəmələr və hakimlər haqqında", " Toxumçuluq haqqında", "Yol hərəkəti haqqında", İstehsalat və məişət tullantıları haqqında, "Polis haqqında", "Prokurorluq haqqında", "Hesablama Palatası haqqında" və.s qanunlara dəyişiklik layihələridir.

Həmçinin iclasda "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanun II oxunuşda müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Plenar   İclas  





Xəbər lenti