"İçərişəhər" Nazirlər Kabinetinin tabeliyindən çıxarıldı

"İçərişəhər" Nazirlər Kabinetinin tabeliyindən çıxarıldı
  09 Dekabr 2017    Oxunub:1697
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarılıb.
AzVision.az xəbər verir ki, bununla bağı "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında" qərarda dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, qərarın 1-3-cü hissələrində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısında yazılmış "Nazirlər Kabineti yanında" sözləri çıxarılıb.

AzVision.az


Teqlər: İçərişəhər   Nazirlər-Kabineti  





Xəbər lenti