Zaqatala sakini qonşusunun maşınını oğurlayıb

Zaqatala sakini qonşusunun maşınını oğurlayıb
  09 Dekabr 2017    Oxunub:1857
Zaqatalada maşın qaçıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki Regional Qrupundan AzVision.az-a verilən məlumata görə, Zaqatala rayonunun Çökək oba kənd sakini Nərman Şahid oğlu İsayev ona məxsus “VAZ 2106” markalı avtomobilin oğurlanması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Müraciət əsasında aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin dekabrın 7-dən 8-ə keçən gecə zərərçəkənin qonşusu Elnur Novruzov tərəfindən qaçırılması müəyyən edilib.

E.Novruzov şübhəli şəxs qismində saxlanılıb. Aparılan araşdırmalar nəticəsində onun qaçırdığı maşını rayonun Yuxarı Çardaqlar kəndindəki evlərin birinin həyətində gizlətdiyi məlum olub

Faktla bağlı Zaqatala RPŞ-də araşdırmalar aparılır.

AzVision.az


Teqlər: Zaqatala   Maşın   Oğurluq  





Xəbər lenti