Notarius olmaq istəyənlərlə müsahibə keçiriləcək

Notarius olmaq istəyənlərlə müsahibə keçiriləcək
  09 Dekabr 2017    Oxunub:2430
Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə 25.11.2017-ci il tarixdə keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə müsahibənin keçirilməsinə dekabrın 19-dan başlanılacaq.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müsahibə nazirliyin Qeydiyyat və notariat baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Azadlıq prospekti, 72) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə əvvəlcədən məlumat veriləcək.

Müsahibənin nəticələrinə əsasən elan olunmuş notarius vakansiyası üzrə ən yüksək bal toplamış namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaq.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Notarius  





Xəbər lenti