Erməni şəbəkəsinin sevimli ailəsi

  11 Dekabr 2017    Oxunub : 6021
Erməni şəbəkəsinin sevimli ailəsi
Son günlər erməni şəbəkəsinin həbsdə olan Əfqan Muxtarlının müdafiəsi üçün yenidən fəallaşdığı müşahidə olunur. Erməni əsilli britaniyalı jurnalist Onnik Krikorian onun haqqında ikinci məqaləsini yazaraq, “New Internationalist” jurnalına göndərib. Üçüncü məqaləni isə “Stratfor” üçün hazırlayıb.
Bu haqda Onnik Krikorianın özü şəxsi Tvitter hesabında məlumat verib. Krikorian Azərbaycana qarşı işləyən şəbəkənin fəal üzvlərindən biridir. Bir müddət əvvəl onun “Meydan TV” üçün yüksək maaşla işçi axtarması Azərbaycanda böyük əks-səda doğurmuşdu.



İndi də onun Əfqan Muxtarlını ciddi-cəhdlə müdafiə etməsi suallar doğurmaya bilməz. Eyni vaxtda Muxtarlının haqqında üç məqalə yazmaq Krikoriana nə üçün lazım ola bilər? Bunun iki əsas səbəbini anlamaq çətin deyil: 1) Əfqan Muxtarlı da Krikorianın üzvü olduğu anti-Azərbaycan şəbəkəsilə işləyirdi və 2) Hazırda həmin şəbəkə Əfqan Muxtarlı faktorundan Azərbaycan əleyhinə istifadə etmək üçün durmadan çalışır. Əks halda, Azərbaycanda heç bir jurnalist fəaliyyəti və ictimai çəkisi olmayan Muxtarlını bu qədər şişirtmək sadəcə olaraq, absurddur.

Amma erməni şəbəkəsi təkcə Əfqan Muxtarlının özü yox, onun xanımı Leyla Mustafayeva ilə də aktiv işləyir. Leyla Mustafayeva əvvəllər də həmin çevrələrlə yaxın idi, məsələn, Krikorianın yazılarını “Meydan TV” üçün tərcümə edirdi, indi isə fəaliyyəti daha da genişlənib.



Bu şəkildə Leyla Mustafayevaya mükafatı verən qadın – Aleksandra Kalatozişvili “Çoxmillətli Gürcüstan” Hərəkatının icraçı direktorudur. Gürcü soyadı daşısa da, Aleksandra milliyyətcə ermənidir. Ümumiyyətlə, Leyla Mustafayevanı mükafata layiq görən Çoxmillətli Gürcüstan Hərəkatı ermənilərin nəzarətində olan siyasi qurumdur və ona Arnold Stepanyan adlı bir erməni başçılıq edir.

Ümumiləşdirəndə, belə bir mənzərə alınır ki, erməni şəbəkəsinin üzvləri Əfqan Muxtarlının özündən də, xanımından da istifadə edirlər. Onnik Kirkorian kimilər Əfqanın özünün haqqında yazılar yazaraq, anti-Azərbaycan təbliğat maşınının işini gücləndirir, ermənilərin nəzarətində olan “Çoxmillətli Gürcüstan” Hərəkatı kimi qurumlar isə onun xanımını müxtəlif ödüllər və pul mükafatları ilə öz tərəflərinə çəkirlər. Bir sözlə, bu ailə erməni şəbəkəsi üçün əsl tapıntı sayıla bilər.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: #Əfqan-Muxtarlı