"DSMF-yə borcumuz yoxdur" - Dövlət qurumu təkzib etdi

"DSMF-yə borcumuz yoxdur" - Dövlət qurumu təkzib etdi
  12 Dekabr 2017    Oxunub:1871
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC fəaliyyətə başladığı gündən DSMF-yə yaranan borc cari ayda əvvəlcədən ödənilib və heç vaxt ödəniş vaxtı keçmiş borcu olmayıb.
AzVision.az xəbər verir ki, bunu QSC-nin mətbuat katibi Mehman Mehdiyev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dövlət Sosial Müdafiə Fonduna borcu yoxdur.

"Təkcə bu il Gəmiçilik tərəfindən DSMF-yə 24,7 milyon AZN ödəniş həyata keçirilib. DSMF-nin “AXDG” QSC-ni məhkəməyə verməsinə gəlincə, bildirək ki, Fond Gəmiçiliyin tabeliyində olmuş “Dənizçi” kənd təsərrüfatı müəssisəsi ilə bağlı 2015-ci ilin aprelində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb.

Qeyd olunan müəssisə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2016-cı il tarixli 447S nömrəli sərəncamı ilə aqrar islahatlarının aparılması məqsədilə “AXDG” QSC-nin tabeliyindən çıxarılıb" - deyə məlumatda qeyd olunub.

AzVision.az


Teqlər: DSMF   AXDG  





Xəbər lenti