Prezident Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO+FOTOLAR

Prezident Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO+FOTOLAR
  12 Dekabr 2017    Oxunub:5936
Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
AzVision.az-ın məlumatına görə, Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu. Azərbaycanın dövlət himni səsləndi. Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu gün Azərbaycanın ümummilli lideri, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anım günüdür. Mərhum dövlət başçısının vəfatından 14 il keçir.



AzVision.az

Qalereya




Teqlər: Prezident   İlham-Əliyev   Heydər-Əliyev  





Xəbər lenti