Baş prokuror vətəndaşları qəbul edəcək

Baş prokuror vətəndaşları qəbul edəcək
  12 Dekabr 2017    Oxunub:1386
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov dekabrın 22-də saat 10:00-da Abşeron rayon prokurorluğunun inzibati binasında Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Zəngilan və Şuşa rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Baş Prokurorluqdan AzVision.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xırdalan şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

AzVision.az


Teqlər: Zakir-Qaralov  





Xəbər lenti