Dünyanın diqqəti Türkiyədə: Müsəlman liderlər İstanbulda toplanır

Dünyanın diqqəti Türkiyədə: Müsəlman liderlər İstanbulda toplanır
  13 Dekabr 2017    Oxunub:19915
Dekabrın 12-də Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçiriləcək.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, müsəlman ölkələrinin liderləri bu gündən Türkiyəyə səfər etməyə başlayıblar.

Azərbaycan Prezidenti İlham Əliyev, Qətər əmiri Şeyx Təmim bın Həməd Əl Sani, Fələstin lideri Mahmud Abbas, Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı artıq İstanbuldadır.

Digər ölkə rəhbərlərinin də tezliklə Türkiyəyə səfəri gözlənilir.

Qeyd edək ki, Zirvə toplantısında ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı müzakirələr aparılacaq.

AzVision.az


Teqlər: İstanbul   Türkiyə  





Xəbər lenti