"Erməniçilik mif yaradıcılığına çox meyllidir" - Kamran İmanov

"Erməniçilik mif yaradıcılığına çox meyllidir" - Kamran İmanov
  13 Dekabr 2017    Oxunub:1753
Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir.
AzVision.az-ın məlumatına görə, bunu Bakıda təşkil olunan “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransda Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

O, qeyd edib ki, bu gün ermənilər tərəfindən qonşu xalqlara, xüsusən azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin məqsədli şəkildə mənimsənilmə cəhdləri heç də “mədəniyyətlərarası inteqrasiya prosesi”nin təzahürü deyildir: "Belə elə səylərin arxasında siyasi maraqların dayanması birmənalıdır. Məqsəd azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəniyyət irsini, folklor nümunələrini, ənənəvi bilikləri özününküləşdirməklə, hayların guya Cənubi Qafqaz regionunun “avtoxton”, “ən qədim köklü sakinləri” olmasına, “Böyük hay mədəniyyəti”, “Böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsinə dair saxta “faktoloji materiallar” toplamaq və bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır".

“Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir, işğal edilmiş Azərbaycan torpaqlarını imkan çərçivəsində özündə saxlayaraq, digər torpaqlara göz dikməkdir. Lakin o da bir həqiqətdir ki, Azərbaycan folklorunun və ənənəvi biliklərinin oğurlanması ilə yanaşı, erməniçilik folklor yaradıcılığının bir növünə – mif yaradıcılığına çox meyllidir, bu bir növ “milli istedaddır”. “Azərbaycan mədəni ənənələrinin özününküləşdirilməsi erməni-hay ənənəsi” və onun müasir residivlərinə sipər çəkilməlidir və çəkilir”, - K.İmanov bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti