Baş nazirin köməkçilərinin sayı azaldıldı

Baş nazirin köməkçilərinin sayı azaldıldı
  13 Dekabr 2017    Oxunub:1825
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəlində dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 sentyabr tarixli 362 nömrəli qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə edilən dəyişikliklərə əsasən Azərbaycan Baş nazirinin köməkçilərinin sayı azaldılıb.

Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəlində edilən dəyişikliyə əsasən Baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib.

Həmçinin həmin qərarla Baş nazirin birinci müavininin köməkçilərinin sayı 1-dən 2-yə çatdırılıb.

Ştat cədvəlinin “Baş nazirin birinci müavininin xidməti” bölməsinə isə 4 baş məsləhətçi ştatı əlavə edilib. Nazirlər Kabinetinin Hüquq şöbəsində də aparıcı məsləhətçi ştatı yaradılıb.

Dəyişikliyə əsasən, Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektor şöbəsində böyük məsləhətçilərin sayı 1-dən 2-yə, məsləhətçilərin də sayı 1-dən 2-yə çatdırılıb.

Bununla da Nazirlər Kabineti Aparatının işçilərinin sayı 200-dən 205-ə çatdırılıb.

Aytən Zəhra
AzVision.az



Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti