Qüdslə bağlı Zirvə toplantısı keçirilib – Yenilənib

Qüdslə bağlı Zirvə toplantısı keçirilib – Yenilənib
  13 Dekabr 2017    Oxunub:6486
Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilib.
AzVision.az-ın məlumatına görə, toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan , Azərbaycan Prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani, Fələstin lideri Mahmud Abbas, Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı və digər müsəlman ölkələrinin təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabrın 5-də Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıdığını, Tel-Əvivdəki ABŞ səfirliyinin bu şəhərə köçürüləcəyini bəyan edib. Bu səbəbdən İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan təşkilatın fövqəladə Sammit keçirilməsini təklif edib.

AzVision.az


Teqlər: İƏT   Qüds   İstanbul  





Xəbər lenti