Silahlı Qüvvələrdə qanunların icrasına prokurorluq nəzarət edəcək

Silahlı Qüvvələrdə qanunların icrasına prokurorluq nəzarət edəcək
  13 Dekabr 2017    Oxunub:2294
Silahlı Qüvvələrdə qanunların icrasına nəzarəti prokurorluq orqanları həyata keçiriəcək.

AzVision.az-ın məlumatına görə, bu barədə “Silahlı Qüvvələr haqqında” yeni hazırlanmış qanun layihəsində qeyd edilib.
Belə ki, yeni qanun layihəsinin 15-ci maddəsinin (Silahlı Qüvvələrin fəaliyyətinə nəzarət) 15.3-cü bəndində qeyd edilib ki, Prokurorluq orqanları Silahlı Qüvvələrdə qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirəcək.

Qeyd edək ki, yeni hazırlanan qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçriləcək iclasında II oxunuşda müzakirə ediləcək.

AzVision.az


Teqlər: Prokurorluq   Silahlı-Qüvvələr  





Xəbər lenti