Şərqi Qüds Fələstinin paytaxtı elan olundu

  13 Dekabr 2017    Oxunub : 6244
Şərqi Qüds Fələstinin paytaxtı elan olundu
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə Zirvə toplantısında yekun Bəyannamə qəbul edilib.
AzVision.az-ın məlumatına görə, bəyannamədə Şərqi Qüds Fələstinin paytaxtı elan edilib.

İstanbul bəyannaməsində qeyd olunur: "Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini tanıdığımızı elan edirik".

Bəyannamədə dünya ölkələri işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanınmağa çağırılıb: "ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı qəti şəkildə rədd edilir. Bu qərar Fələstin xalqının hüquqlarına təcavüzdür. ABŞ-ın bu qərarı hüquqi baxımdan hökümsüzdür. Bütün ölkələri Şərqi Qüdsü Fələstinin paytaxtı olaraq tanımağa dəvət edirik".

BMT-yə edilən çağırışda isə vurğulanıb: "İsrail bu işğala son versin. ABŞ bu qərarından geri çəkilməməsindən doğacaq bütün problemlərə görə məsuliyyət daşıyır".

Kənan Məmmədov
AzVision.az

Teqlər: Qüds