"Tək bizdə deyil, bütün dünyada problemlər var" - Aytən Mustafazadə

"Tək bizdə deyil, bütün dünyada problemlər var" - Aytən Mustafazadə
  14 Dekabr 2017    Oxunub:4054
"İnsan hüquqları ilə bağlı tək Azərbaycanda deyil, bütün dünyada problemlər var"
AzVision.az xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitunun direktoru, deputat Aytən Mustafazadə 10 dekabr Ümümdünya İnsan Hüquqları Gününə həsr olunmuş konfransda deyib.

Deputat qeyd edib ki, beynəlxalq strukturlar, o cümlədən bütün dünya terror problemini həll etmək qarşısında aciz qalıb: "Azərbaycan 25 ildən çoxdur ki, bu problemlə üzləşib, Dağlıq Qarabağ konflikti indiyədək həll edilməyib. Bu gün insan hüquqlarına dair çağırışlar yenidir, dünya dəyişir. BMT yeni baxış göstərməlidir. Biz ümid edirik ki, BMT 70 ili arxada qoyaraq yeni problemlərin həllində öndə olacaq. İnsan hüquqların qorunması ayrı-ayrı fərdlərin və dövlətlərin qorunmasıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Aytən-Mustafazadə  





Xəbər lenti