BMT rəsmisi: “Azərbaycan insan haqlarına olan hörmətini göstərir”

BMT rəsmisi: “Azərbaycan insan haqlarına olan hörmətini göstərir”
  14 Dekabr 2017    Oxunub:2422
"Azərbaycan insan haqları ilə bağlı tövsiyələrə əməl edir və öhdəliklərini icra edir"
AzVision.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai Ümumdünya İnsan Hüquqları Gününə həsr olunmuş konfransda deyib.

BMT rəsmisi bildirib ki, Azərbaycan insan haqlarına olan hörmətini nümayiş etdirir və bir çox beynəlxaq sazişlərə qoşulub:

“Azərbaycan insan haqları sahəsində BMT ilə birgə iştirak etmək niyyətində olduğunu bildirib və buna razılıq verib. İnsan hüquqları Azərbaycan Konstitusiyasında da öz əksini tapıb. İnsanların hüquqlarının qorunması bizim hər birimizdən asılıdır. Dayanıqlı inkişaf üçün yoxsulluğun aradan qaldırılması insan hüquqlarının yaxşılaşdırılmasına yönəlmiş addımdır”.

Aytən Zəhra
AzVision.az



Teqlər: BMT   Azərbaycan  





Xəbər lenti