Komitə sədri boşanmaların səbəbini açıqladı

Komitə sədri boşanmaların səbəbini açıqladı
  14 Dekabr 2017    Oxunub:2148
"Bəzi hallarda ailədə ünsiyyət problemləri, sosial-psixoloji mühitin gərginliyi, erkən və qeyri-rəsmi nikah, məişət zoraklığı, uşaqların təhsildən yayınması ailənin zəifləməsinə, dağılmasına gətirib çıxarır".
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 10 dekabr- Ümumdünya İnsan Hüquqları Gününə həsr edilmiş konfansda çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, hazırda dünyada ekstremizim, qarşıdurmalar ailə institutuna mənfi təsir göstərir, onu zəiflədir. Amma bununla belə Azərbaycanda ailə institutu qorunub saxlanılır.

H.Hüseynova qeyd edib ki, ölkədə insan hüquqlarının müdafiəsi yönümündə ailə institutunun möhkəmlənməsi üçün zəruri olan tədbirlər həyata keçirilir: "Bütün bunlara baxmayaraq, ailə instutuna təsir edən hallar var. Bəzən biz valideyn və uşaqların məsuliyyət hissinin zəif olması hallarına rast gəlirik. Təhlillər göstərir ki, müasir dövrdə ailənin dağılmasının əsas səbəbi heç də maddi durum deyil. Erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanma hallarına səbəb olur. Belə ailələrdə köməksiz qalan qadınların hüquqlarının müdafiəsinə ehtiyac var"

Komitə sədri əlavə edib ki, nümunəvi ailələrin tərcübəsi təbliğ edilməlidir: "Təkcə son 5 ildə 71 min 270 vətəndaş komitənin yerlərdəki mərkəzlərinin xidmətlərindən faydalanıb. Ailədə valideyn münasibətlərinin düzgün qurulması, böyüyə olan hörmət Azərbaycan ailəsinin əsas xüsusiyyətidir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Hicran-Hüseynova   Komitə  





Xəbər lenti