Bakıda insan hüquqları ilə bağlı konfrans - FOTOLAR

Bakıda insan hüquqları ilə bağlı konfrans - FOTOLAR
  14 Dekabr 2017    Oxunub:4352
AMEA Hüquq və İnsan Haqları İnstitutunda 10 dekabr - Ümumdünya İnsan Hüquqları Gününə həsr olunmuş konfrans keçirilib.
AzVision.az xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutunun direktoru, deputat Aytən Mustafazadə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 ili tamam olduğu barədə məlumat verib.



Deputat qeyd edib ki, bu gün dünya üçün aktual problem terrorizm və ekstremizmdir: "Azərbaycan da 25 ildən çoxdur erməni terrorundan əziyyət çəkir. Terror bütün dünyanı təhdid edir. Biz ümid edirik ki, BMT bu problemlərin həllinə yardımçı olacaq və dünya ölkələri onun ətrafında sıx birləşəcək".

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycanın insan haqları ilə bağlı verilmiş tövsiyələrə əməl etdiyini, öhdəliklərini icra etdiyini diqqətə çatdırıb: "Azərbaycan insan haqlarına olan hörmətini nümayiş etdirir. Azərbaycan insan haqları sahəsində BMT ilə birgə iştirak etmək niyyətində olduğunu bildirib və buna razılıq verib. İnsan hüquqları Azərbaycan Konstitusiyasında da öz əksini tapıb. İnsanların hüquqlarının qorunması bizim hər birimizdən asılıdır".

Konfransda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının videomüraciəti nümayiş olunub.



Daha sonra Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova "Azərbaycanda insan hüquqlarının qorunması sahəsində Ombudsman institutunun rolu" mövzusunda məruzə ilə çıxış edib.



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, dünyada ekstremizm, zorakılıq, terrorçuluq və hərbi münaqişələrin sayı artmaqdadır: "Bu hadisələr ilk növbədə ailə institutuna mənfi təsir göstərir, ailələr dağılır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsiz, dostluq şəraitində yaşayırlar".

Konfrans çıxışlarla başa çatıb.







Aytən Zəhra
Foto Elvin Abdulla

AzVision.az



Teqlər: AMEA  





Xəbər lenti