Qazaxıstanın XİN rəhbəri Məmmədovu təltif edib

Qazaxıstanın XİN rəhbəri Məmmədovu təltif edib
  15 Dekabr 2017    Oxunub:1316
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin Xarici işlər Nazirliyinin (XİN) medalı ilə təltif olunub.
Azərbaycanın Qazaxıstandakı səfirliyindən verilən məlumata görə, Qazaxıstanın xarici işlər naziri Kayrat Abduraxmanovun əmri ilə Azərbaycanın Qazaxıstandakı səfiri R.Məmmədov iki ölkə arasında əlaqələrin gücləndirilməsində mühüm töhfələr verdiyinə görə, “Qazaxıstan Rüspublikasının diplomatik xidmətinin 25 ili” medalı ilə təltif olunub.

AzVision.az


Teqlər: Səfir   Azərbaycan   Qazaxıstan  





Xəbər lenti