Generaldan xəbərdarlıq: “Ordu haqqında danışanda diqqətli olun!”

Generaldan xəbərdarlıq: “Ordu haqqında danışanda diqqətli olun!”
  15 Dekabr 2017    Oxunub:5492
“Ordu haqqında fikir bildirəndə və yaxud mətbuatda yazılanda nəzərə alınmalıdır ki, həssas məsələyə toxunulur. Öncə qeyd etməliyəm ki, biz müharibə şəraitindəyik. Hər bir neqativ hal düşmən tərəfindən bizə qarşı istifadə olunur”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin müzakirəsi zamanı Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib.

General bu məsələdə medianı diqqətli olmağa çağırıb. Həmçinin K.Vəliyev qeyd edib ki, Silahlı Qüvvələrin döyüş qabiliyyəti bundan sonra daha da artacaq.

General deputat Qüdrət Həsənquliyevin adından mediada gedən yazıya da münasibət bildirib:

“Deputat bir müddət öncə Tərtərdə problem olduğunu demişdi, mətbuat da bunu yazmışdı. Mən dərhal Qüdrət Həsənquliyevlə əlaqə saxladım, o, bu cür məlumatın getməsinə təəccüb etdi. Bildirdi ki, hərbi hissə ilə bağlı dediyi fikirlər bir müddət əvvəl kimdənsə eşitdiyi məsələdir. Hörmətli deputatlar və media nümayəndələri bu məsələdə diqqətli olmalıdırlar”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Kərim-Vəliyev   General  





Xəbər lenti