MSK-ya deputatları cəzalandırmaq hüququ verən layihə qəbul olundu

MSK-ya deputatları cəzalandırmaq hüququ verən layihə qəbul olundu
  15 Dekabr 2017    Oxunub:2193
Milli Məclisin bu gün keçirilən plenar iclasında Seçki Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.
AzVision.az xəbər verir ki, dəyişiklik layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Məcəllənin hazırki 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əsasən, Konstitusiyanın 89-cu (Azərbaycan Milli Məclisi deputatlığından məhrumetmə və Milli Məclisin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinin I hissəsinin 2-ci (Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə), 4-cü (dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), 5-ci (özü imtina etdikdə) bəndlərdə göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir.

Dəyişikliyə əsasən, məcəlləyyə 6-cı (Bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) tələbini pozduqda), 7-ci (deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) bəndlər də əlavə edilib. Bu bəndlərdə göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərarı da MSK əqbul edəcək. MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verilə bilər.

Seçki Məcələsinə edilən digər dəyişikliklər isə uyğunlaşdırma və texniki xarakterlidir. Bunlar məcəllənin 3-cü (Ümumi seçki hüququ), 25-ci (Mərkəzi Seçki Komissiyasının vəzifələri), 31-ci (Dairə seçki komissiyasının vəzifələri), 42-ci (Müşahidəçilərin hüquq və vəzifələri), 47-ci (Vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahısından çıxarılması qaydası), 59-cu (İmza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün seçki komissiyaları tərəfindən yoxlanılması), 73-1-ci (Namizədin namizədlik statusundan imtina etməsi), 100-cü (Seçki komissiyalarının səsvermə protokolları), 103-cü (Seçki qutuları), 104-cü (Səsvermə qaydası), 105-ci (Səsvermə otağından kənarda səsvermə), 106-cı (Seçki məntəqəsində səslərin hesablanması), 173-cü (Milli Məclisə seçilmiş deputatların qeydə alınması), 176-cı (Milli Məclisə seçkilər zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi), 179-cu (Növbədənkənar Prezident seçkilərinin keçirilməsi), 187-ci (Prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi), 212-ci (Bələdiyyələrə üzv seçilmək hüququ), 221-ci (Bələdiyyə üzvlüyünə namizədlərin namizədlik statusundan imtina etməsi) və.s maddələrinə edilən dəyişikliklərdir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Seçki   Məcəllə  





Xəbər lenti