Deputatların cəzalandırılmasını nəzərdə tutan layihənin detalları

Deputatların cəzalandırılmasını nəzərdə tutan layihənin detalları
  15 Dekabr 2017    Oxunub:1675
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatın etik davranış qaydalarını pozduğuna görə cəzalandırılmasını nəzərdə tutan Seçki Məcəlləsinə edilən dəyişiklik layihəsinin detallarını açıqlayıb.
AzVision.az-ın məlumatına görə, komitə sədri parlamentin bu gün keçirilən plenar iclasında deyib ki, ötən il Konstitusiyaya edilən dəyişiklikdən sonra etik davranış qaydalarının kobud pozulması ilə bağlı Milli Məclisin müvafiq qurumunun qərarı mövcuddursa, bundan sonra Mərkəzi Seçki Komissiyasının bu faktları araşdırması ciddi görünmür:

"Çünki məsələ ixtisaslaşmış qurum olan Milli Məclisin İntizam Komitəsində müzakirə olunubsa, qərar qəbul olunubsa, bunun yenidən araşdırılması düzgün olmazdı. Bununla bağlı yeni variant hazırlandı. 175.3 maddənin 2-ci cümlə belə təklif olunur. Mərkəzi Seçki Komissyasının bu barədə qərarı rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin qərardan apellyasiya şikayəti verilə bilər".

Ə.Hüseynli vurğulayıb ki, Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 6-cı və 7-ci bəndlərində göstərilən əsaslar olduqda bu hallarla bağlı Mərkəzi Seçki Komissyasına Milli Məclisin rəsmi məlumatı daxil oldqdan sonra 15 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası həmin rəsmi məlumatı müzakirə edərək müvafiq qərar qəbul edir. Beləliklə Mərkəzi Seçki Komissyası tərəfindən faktların 2 aydan gec olmayaraq müddətdə araşdırılması, mütəxəssislərdən ibarət qrupların yaradılması fikirləri çıxarılıb.

"176.4-cü maddəyə 2-ci cümlə əlavə edilir. Deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissyasının qərarından məhkəməyə şikayət verdiyi hallarda müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər məhkəmədə baxılan işin nəticələrindən asılı olaraq təyin olunur. Yəni deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul olunubsa, bu qərar qüvvəyə minbəyibsə, həmin dairədə seçki elan oluna bilməz, seçki keçirilə bilməz. Belə fikirlər səslənirdi ki, nə üçün deputatın mandatının ləğv edilməsi MSK tərəfindən baxılsın? Hazırda qüvvədə olan Seçki Məcəlləsinə görə Konstitusiyanın 89-cu maddəsinin 4-cü bəndi Mərkəzi Seçki Komissyası tərəfindən araşdırılır" - Ə.Hüseynli qeyd edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Əli-Hüseynli  





Xəbər lenti