Namizədlər üçün pulsuz efir vaxtı ləğv olunmayıb

Namizədlər üçün pulsuz efir vaxtı ləğv olunmayıb
  15 Dekabr 2017    Oxunub:1105
Milli Məclisin bu gün keçirilən plenar iclasında Seçki Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, dəyişikliklər barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri qeyd edib ki, dəyişikliklərin bir qismi son referendumda Konstitusiyaya edilən dəyişikliklərlə əlaqədardır.

Ə.Hüseynli əlavə edib ki, Məcəllədə 162, 164, 195 və 197-ci maddələrin ləğv edilməsi pulsuz efir vaxtının ləğv edilməsi demək deyil:

“Seçkilərdə namizədlər üçün pulsuz efir vaxtı qüvvədə qalır. Burada pulsuz efir vaxtının ləğv olunmasından söhbət getmir”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Milli-Məclis   Əli-Hüseynli  





Xəbər lenti