Prezident Bəhreyn kralını təbrik edib

Prezident Bəhreyn kralını təbrik edib
  15 Dekabr 2017    Oxunub:1291
Azərbaycan prezidenti İlham Əliyev Bəhreyn kralı şeyx Həməd bin İsa Al Xəlifəyə məktub göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

“Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik   Kral   Bəhreyn  





Xəbər lenti