Britaniyanın Bakıdakı səfiri qəbul keçirib - FOTO

Britaniyanın Bakıdakı səfiri qəbul keçirib - FOTO
  16 Dekabr 2017    Oxunub:1544
Böyük Britaniyanın Bakıdakı səfirinin iqamətgahında "John Smith Trust" proqramının məzunlarının şərəfinə qəbul keçirilib.
AzVision.az xəbər verir ki, qəbulda xanım səfir Karol Krofts və proqramın məzunları iştirak ediblər.

Səfir qeyd edib ki, proqramda iştirak etmək, Böyük Britaniyaya səfər edərək bu proqramın bir parçası olmaq böyük təcrübədir: "Burada xeyli ilhamverici insanlar var. Bu tədbir eyni zamanda şəbəkə xarakteri daşıyır. Bizimlə birgə burada hazırda iki gözəl xanım da var. Davn Loqan və Kler Qover, "Vəd üçün pedalla" (Pedalling for Promise) - Böyük Britaniyadan dünya turuna çıxıblar və onlar son həftəni Azərbaycanda keçiriblər".



Daha sonra proqramın məzunları çıxış ediblər.

"Mən bu proqramda 2007-ci ildə iştirak etdim. Proqram mənə Böyük Britaniyanı müxtəlif perspektivlərdən görməyə imkan verdi. Biz ölkənin müxtəlif hissələrində olduq, biznesmenlər, siyasətçilərlə, QHT təmsilçiləri ilə görüşdük. Mən bütün namizədlərə uğurlar arzulayıram. Sizin Böyük Britaniyanı görmək üçün unikal şansınız var. Bu proqram eyni zamanda ikitərəfli əlaqələrə, insanlar, xüsusilə gənclər arasında əlaqələrimizi möhkəmləndirməyə öz töhfəsini verir", - deyə Fariz adlı məzun çıxışında bildirib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Britaniya   Səfir  





Xəbər lenti