Azərbaycanda 7 dini icma ləğv edilib

Azərbaycanda 7 dini icma ləğv edilib
  16 Dekabr 2017    Oxunub:1725
Mövcud qanunvericiliyin tələblərinə cavab verməyən 7 dini icma ləğv edilib.
AzVision.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov bildirib.

Komitə rəsmisi 7 dini icmanın ləğv edildiyini, 2 dini icmanın dövlət qeydiyyatına alındığı deyib.

A.Kazımov inzibati hüquqi müstəvidə dini qurumların fəaliyyət qaydasının pozulması, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyat satışı ilə bağlı inzibati xəta haqqında protokolun tərtib edilərək məhkəmələrə göndərildiyini qeyd edib.

AzVision.az


Teqlər: Dini-komitə  





Xəbər lenti