Bakıda daha bir yol bağlanacaq

Bakıda daha bir yol bağlanacaq
  16 Dekabr 2017    Oxunub:1253
Aparılacaq rənglənmə işləri ilə əlaqədar olaraq bu gün saat 22:00-dan səhər saatlarınadək Azadlıq prospektinin Ziya Bünyadov pr-ti ilə kəsişməsindən S.S.Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.
"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən AzVision.az-a verilən məlumata görə, sürücülərdən sözügedən yolda qeyd olunmuş saatlarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.

AzVision.az


Teqlər: yol  





Xəbər lenti