Rusiyada azərbaycanlı qardaşını öldürüb

  16 Dekabr 2017    Oxunub : 1103
Rusiyada azərbaycanlı qardaşını öldürüb

Sankt-Peterburqda azərbaycanlı qardaşlar arasında yaşanan mübahisə ölümlə nəticələnib.

Hadisə 14 dekabr tarixində baş verib. Bildirilib ki, Sankt-Peterburqun mərkəzində yaşayan 31 və 48 yaşlı, adları hələ məlum olmayan qardaşlar hadisə baş verən gün birlikdə spirtli içki içiblər və aralarında mübahisə yaranıb. Nəticədə böyük qardaş ov tüfəngi ilə qardaşını ürəyindən güllələyib. Yaralanan qardaş yerindəcə ölüb.

Hadisəni törətmiş şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. (APA)

AzVision.az

Teqlər: Qətl