Sərhədçilər mindən çox fişəng aşkarlayıb

Sərhədçilər mindən çox fişəng aşkarlayıb
  16 Dekabr 2017    Oxunub:1682
Tovuz Gömrük İdarəsinin əməkdaşları təkcə bir gün ərzində dörd fakt üzrə 1103 ədəd fişəng və 33 qutu pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən bu malların hamısı idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının idarə etdiyi minik avtomobillərində aşkar edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti