Hərbi məhsullarımız 10-dan çox ölkəyə ixrac edilir

Hərbi məhsullarımız 10-dan çox ölkəyə ixrac edilir
  17 Dekabr 2017    Oxunub:2603
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 2009-cu ildən Müdafiə Sənayesi Nazirliyi dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq sərgilərdə iştirak edir. Bu sərgilərin nəticəsidir ki, bu gün Azərbaycan 10-dan çox ölkəyə öz məhsullarını ixrac edir.
Bu fikirləri müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, keçən il ixrac olunan məhsullar kooperasiya ilə birlikdə əvvəlki illərə nisbətən 2,7 dəfə artıb. Bütün bu uğurların əsası dövlətimizin başçısı tərəfindən qoyulub. Biz bu nəticələri Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində əldə etmişik.

Bu ilin iyun ayında Silahlı Qüvvələr Günü ərəfəsində Şirvan şəhərində 2 zavodun açılışında ölkə başçısının iştirak etdiyini xatırladan Yavər Camalov qeyd edib ki, Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyi qarşısında mühüm tapşırıqlar qoyub və bu tapşırıqların icrasına başlanılıb. Gələn il həmin tapşırıqların icrası istiqamətində işlər davam etdiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti