Cocuq Mərcanlıda 4 500 kv.m ərazi təmizlənib

  17 Dekabr 2017    Oxunub : 469
Cocuq Mərcanlıda 4 500 kv.m ərazi təmizlənib
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) dekabrın 17-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, Cocuq Mərcanlıda gün ərzində 4 min 500 kvadratmetr ərazi tam təmizlənib, mina və partlamamış hərbi sursat aşkarlanmayıb.

Cocuq Mərcanlıda otuz gün ərzində 11 partlamamış hərbi sursat (bir F-1 əl qumbarası, bir UZRQM partladıcısı, iki ədəd RQ-42 əl qumbarası, iki ədəd TM-62 minasının gücləndiricisi və beş tank əleyhinə idarə olunmayan raket (PQ-7) və iki piyada əleyhinə mina (OZM-72) aşkar edilib. 508 min 450 kvadratmetr ərazi tam yoxlanılıb, 236 min 766 kvadratmetr ərazi 20 santimetr dərinliyində 180 min 700 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə yoxlama üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 17-dək ölkə üzrə, ümumilikdə, 7539 partlamamış hərbi sursat, tank əleyhinə 204 mina və piyada əleyhinə 35 mina aşkarlanaraq zərərsizləşdirilib, 5 milyon 683 min 638 kvadratmetr ərazi yoxlanılıb.

AzVision.az

Teqlər: ANAMA   Cocuq-Mərcanlı