Sınaq imtahanına qeydiyyat başlayıb

  18 Dekabr 2017    Oxunub : 786
Sınaq imtahanına qeydiyyat başlayıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı keçiriləcək.
DİM-dən AzVision.az-a daxil olan xəbərə görə, sınaq imtahanında iştirak etmək istəyənlər 22 dekabr saat 17:00-dək DİM-in internet saytında (https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/elimt/ResSinaqQeyd) qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sınaq imtahanı 23 dekabr 2017-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılacaq.

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir.

AzVision.az

Teqlər: DİM