Babək prospektində hərəkət məhdudlaşdırılır

Babək prospektində hərəkət məhdudlaşdırılır
  18 Dekabr 2017    Oxunub:1515
Bakı şəhərinin Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.
"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən AzVision.az-a verilən məlumata görə, yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir.

"Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan ərazilərdə diqqətli olsunlar və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər", - deyə məlumatda vurğulanıb.

AzVision.az


Teqlər: Prospekt  





Xəbər lenti