Yunusların və separatçıların Rusiyadan təlimat aldıqlarına dair Şok İddia

Yunusların və separatçıların Rusiyadan təlimat aldıqlarına dair Şok İddia
  18 Dekabr 2017    Oxunub:3680
Azərbaycana qarşı məkrli planlar icra edən “sapı özümüzdən olan baltalar” Rusiya “KQB”sinin kadrı olan Qannuşkina ilə Hollandiyada toplantı keçiriblər; ölkəmizə qarşı Avropadan təşkilatlananların Kremldən idarə olunmasına dair məlumatlar var...
Azərbaycana qarşı separatçılıqla məşğul olan “siyasi qaçaq” Ataxan Əbilov dekabrın 17-də facebook səhifəsində özünü və Avropadakı digər separatçıların Kremldən təlimatlandırıldığını ifşa edən şəkil paylaşıb. Fotodan görünür ki, A.Əbilov, Leyla və Arif Yunuslar, həmçinin separatçılığa görə məhkum olunmuş və həbsxanada ölmüş, təxribatçı Talış Mədəniyyət Mərkəzinin rəhbəri, “Tolişi sədo” qəzetinin baş redaktoru olmuş Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova rus hüquq müdafiəçisi (?), sovet KQB məktəbinin yetişdirməsi Svetlana Qannuşkina ilə Hollandiyada görüşüb müzakirələr aparıblar. Müzakirələrin detalları haqda təbii ki, açıqlama verməyiblər. Amma bu fotoşəkilin özü bütün detalları açıb ortaya qoyur.

Məsələ ondadır ki, Svetlana Qannuşkina Kremlin Avropadakı dayaqlarının, təxribatçı sosialist qruplaşmalarının təlimatçılarından biridir və zaman-zaman Azərbaycan dövlətinə qarşı yön almış proseslərdə adı hallanıb. A.Əbilov, Leyla və Arif Yunuslar isə var gücləri ilə Azərbaycana qarşı “vuruşan” şəxslərdir. Separatçı “Talış Muğan Respublikasının” rəhbəri Əlikram Hümmətovun müavini olmuş, habelə Rusiyanın və İran xüsusi xidmət orqanlarının ikili agenti olduğu iddia edilən Ataxan Əbilov Hollandiyada açıq şəkildə separatçılıqla məşğuldur. Ötən il Azərbaycandan Ermənistana qaçan Şahin Mirzəyevin düşmən ölkəyə sığınması üçün danışıqları da Avropa üzərindən Ataxan Əbilov aparmış və faktiki olaraq onu “verbovka” edib Ermənistana göndərməyə müvəffəq olmuşdu.



Leyla və Arif Yunuslar da faktiki olaraq Azərbaycana qarşı olan ən qorxunc planlarda həvəslə iştirak edirlər.

L.Yunus Avropa institutları ilə əlaqəli görünsə də, faktiki olaraq onun hələ 90-cı illərin əvvəllərindən - Müdafiə Nazirliyində işlədiyi vaxtlardan Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqları olmasına dair iddialar var. Son vaxtlar Hollandiyada bir araya gələrək Azərbaycana qarşı təxribatlarla məşğul olan “azərbaycanlılar”dan ibarət qruplaşmanın Svetlana Qannuşkinanın maraq dairənə düşməsi heç də təsadüfi deyil. Qeyd edək ki, Leyla Yunusla Qannuşkina ilə çoxdan rəfiqədirlər. Qannuşkina hüquq müdafiəçisi donuna girsə də, daha çox Rusiyanın müxtəlif Avropa təsisatlarında ələ aldığı funksionerləri təlimatlandıran çekistlərdən biridir.

Burada bir haşiyə çıxaq: Hər dəfə Azərbaycanın Avropa institutları ilə yaxınlaşması müşahidə olunanda, müəyyən bir razılaşma, protokol imzalanmasına doğru addımlar atılanda Avropa Şurasında, Avropa Parlamentində ölkəmizə qarşı bir qanun layihəsi ortaya atılır və qalmaqal yaranır, münasibətlər gərginləşdirilir. Bu, əlbəttə ki, təsadüfi deyil və ifşa olunub ki, Avropada Azərbaycana qarşı olan qüvvələr məhz Kremldən idarə olunan solçu qüvvələrdir. Onların ifşasına dair xeyli öncələr “Yeni Müsavat”da “Avropadan Azərbaycana edilən təzyiqlərdə rus barmağı”, “Azərbaycana qarşı Avropa və Asiya üzərindən solçu hücumu” sərlövhəli yazılar dərc olunub. Həmin materiallarla aşağıdakı linklərdə tanış ola bilərsiniz - (https://azvision.az/redirect.php?url=http://musavat.com/ru/author-news/avropadan-azerbaycana-edilen-tezyiqlerde-rus-barmagi_395280.html https://azvision.az/redirect.php?url=http://musavat.com/ru/author-news/avropadan-azerbaycana-edilen-tezyiqlerde-rus-barmagi_395280.html, https://azvision.az/redirect.php?url=http://musavat.com/news/azerbaycana-qarsi-avropa-ve-asiya-uzerinden-solcu-hucumu_439804.html)...

Kreml birmənalı şəkildə Azərbaycanın Avropa ilə yaxınlaşmasına qarşıdır. Rusiya Azərbaycanla Avropa arasında nifaq salmaq, gərgnliklər yaratmaq üçün hər zaman öz solçu agentlərindən istifadə edib. Faktiki olaraq Avropa Şurası, Avroparlamentdə ölkəmizə qarşı layihələr hazırlayanlar, müzakirəyə verənlər də onlardır. Məqsəd münasibətləri davamlı şəkildə korlamaqdır.

İndi də Avropa Birliyi ilə Azərbaycanın arasında böyük əməkdaşlıq saziş imzalanması üçün danışıqlar gedir. Belə bir dönəmdə bəlli qüvvələr həm siyasi məhbus məsələsini xüsusi qabardır, habelə Avropadakı separatçıların əli ilə ölkəmizə qarşı növbəti təxribatlar düşünürlər. Nəzərə alsaq ki, 2018-ci il Azərbaycanda prezident seçkiləri ilidir, onda Kremlin agentlərinin daha çox əl-ayağa düşməsinin səbəbləri bir az da aydınlaşmış olur.

Ekspertlər hesab edirlər ki, Yunuslar və separatçı Əbilovla Qannuşkinanın görüşündən sonra ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti və daha böyük təxribatları gözləniləndir. Ehtimal olunur ki, ilk növbədə bu təxribatçı qrup Azərbaycanın Avropa Şurasından çıxarılması ilə bağlı növbəti dəfə beynəlxalq qurumlara müraciətlər etməyə hazırlaşır. Çünki belə bir həssas dönəmdə - Avropa Şurası ilə gərginlik mühitində bu müraciət “effekt” verə bilər. Bütün hallarda Azərbaycanın aidiyyəti qurumları və diaspor təşkilatları bu məsələni diqqətə almalı, önləyici tədbirlər görməlidir. (Musavat.com)

AzVision.az




Teqlər: Leyla-Yunus  





Xəbər lenti