NATO Qarabağ münaqişəsinin tezliklə həllini istəyir

NATO Qarabağ münaqişəsinin tezliklə həllini istəyir
  18 Dekabr 2017    Oxunub:2826
NATO Qarabağ münaqişəsinin nizamlanmasında yeni impulsun baş verəcəyinə ümid edir.
AzVision.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu İrəvan Dövlət Universitetində çıxışı zamanı NATO-nun baş katibinin müavini Rouz Hettemüller bildirib.

“NATO adından deyə bilərəm ki, biz bu yaxınlarda ən yüksək səviyyədə baş tutan diplomatik səyləri görməyə şadıq və ümid edirik ki, nizamlanma ən yaxın vaxtda əldə olunacaq”, - NATO rəsmisi deyib.

Hettemüller, həmçinin əlavə edib ki, o, hələ 90-cı illərdə ABŞ prezidenti Bill Klintonun Administrasiyasında işləyib və böhranın ilk günlərini xatırlayır:

“Mən 25 il keçməsinə baxmayaraq, münaqişənin hələ də həll olunmamasına görə təəssüflənirəm. Ermənistan və Azərbaycan üçün birgə işləmək olduqca önəmlidir. Mən iki həftə əvvəl nazirlərin ATƏT XİN rəhbərləri Şurasının Vyanadakı görüşü, həmçinin prezidentlərin oktyabrdakı görüşünə görə şadam”.

NATO rəsmisi ABŞ-ın yenidən yüksək səviyyədə danışıqlarda iştirak etməsindən məmnun olduğunu söyləyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti