3 yaşlı qız yük maşınının altında qalıb

3 yaşlı qız yük maşınının altında qalıb
  18 Dekabr 2017    Oxunub:2118
Bakıda yük maşını 3 yaşlı qızı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, dekabrın 16-da saat 17.00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şahin Hüseynov idarə etdiyi “Iveco” markalı yük avtomobili ilə yolu keçən paytaxt sakini - 3 yaşlı Münəvvər Həsənovanı vurub.

Nəticədə uşaq hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   qəza  





Xəbər lenti