Bakıda Beynəlxalq Forum keçiriləcək

Bakıda Beynəlxalq Forum keçiriləcək
  18 Dekabr 2017    Oxunub:1897
2018-ci il fevralın 17-18-də Bakıda ilk Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu keçiriləcək.
AzVision.az-ın xəbərinə görə, forumda yerli mütəxəssislərlə yanaşı, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yaponiya, Almaniya, Bolqarıstan, Qazaxıstan, Misir, Şimali Kipr və başqa ölkələrdən nümayəndələr iştirak edəcək.

Foruma bu sahədə təhsil verən universitetlərinin müəllimləri, tədqiqatçılar, alimlər, elm və sənət adamları da dəvət olunublar. Forumun təşkilat komitəsindən verilən məlumata görə, məqsəd Azərbaycanda özünün inkişaf mərhələsini yaşayan ictimaiyyətlə əlaqələr sahəsində mövcud vəziyyəti təhlil etmək, atılan müsbət addımları təqdir etməklə yanaşı, çatışmazlıqları aşkara çıxarıb onların aradan qaldırılması yollarını müzakirə etmək, təcrübə mübadiləsi aparmaq, beynəlıxalq əməkdaşlıqlara vəsilə olmaqdır.

Forumun ölkəmizdə bu sahədə çalışan insanlara töfhəsi təcrübə mübadiləsi, dünyanın aparıcı PR mütəxəssisləri ilə ünsiyyət, yeni işgüzar münasibətlərin formalaşdırılması, PR sahəsindəki ən son tendensiyalarla tanışlıq imkanları olacaq.

AzVision.az


Teqlər: Forum  





Xəbər lenti