Prezident Zabit Səmədova ev hədiyyə etdi - FOTO

  18 Dekabr 2017    Oxunub : 12451
Prezident Zabit Səmədova ev hədiyyə etdi - FOTO
Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev idmançılarla görüşüb. Ölkə başçısı ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Ağayar Axundzadəyə, Zemfira Meftahətdinovaya, Nağı Babayevə, Firat Hüseynova, Vaqid Davudova, Qərib Əliyevə və Kamal Əhmədova “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Aslan Şirəliyevə “Əməkdar Jurnalist”, Kamil İsgəndərova "Əməkdar Həkim" fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev Elxan Məmmədova, Tahir Gözələ və Fərid Qayıbova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunu təqdim edib.

Daha sonra ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan Əhəd Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədlər təqdim olunub. Tədbirdə, həmçinin Azər Həsənov, Namiq Əsgərov, Güloğlan Cabbarov, Xəyal Əhmədov, Faiq Həsənov, Rəsul Məhəmmədov Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.

Prezident İlham Əliyev 2017-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

Ev alan idmançılar arasında “K-1” qaydasız döyüş növü üzrə dəfələrlə dünya çempionu olmuş “Mauqli” ləqəbli idmançı Zabit Səmədov da var.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident   Zabit-Səmədov