Məmmədyarov Yan Zahradili qəbul edib

Məmmədyarov Yan Zahradili qəbul edib
  18 Dekabr 2017    Oxunub:1278
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı, Avropada mühafizəkarlar və islahatçılar Alyansının prezidenti Yan Zahradili qəbul edib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin inkişaf perspektivləri, Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin nəticələri, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Avropa Parlamenti ilə əlaqələr mövzusunda müzakirələr aparılıb.

E.Məmmədyarov Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığa dair saziş üzrə aparılan danışıqlar prosesi barəsində danışaraq, bu sənədin ikitərəfli əlaqələrin hərtərəfli inkişafı üçün mühüm zəmin yaradacağına əminliyini ifadə edib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti