Azərbaycan əhalisinin 6,3 faizi əlildir

Azərbaycan əhalisinin 6,3 faizi əlildir
  19 Dekabr 2017    Oxunub:2108
"Azərbaycanda 624 min nəfər əlilliyi olan şəxs var və onlara dövlət büdcəsindən Sosial Müdafiə Fondu vasitəsilə hər il 82 milyon manat vəsait ödənilir".

AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov deyib.
Şöbə müdiri bildirib ki, son statistikaya əsasən Azərbaycanda 624 min nəfər əlil şəxs var və bu, əhalinin 6,3%-i deməkdir. Onun sözlərinə görə, əlillərin məşğulluğu sahəsində problemlər mövcuddur.

"Hazırda 32,5 min nəfər əlilliyi olan şəxs çalışır, bu isə ölkədəki əlillərin 8,3%-i deməkdir. Avropada bu göstərici 40%, Avstraliyada 60%, Çində isə 80% təşkil edir. Azərbaycanda əlilliyi olan 624 min şəxsin təxminən 350 mini əmək qabiliyyətlidir".

E. Süleymanov qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 15%-i əlildir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: ƏSMN   Elnur-Süleymanov  





Xəbər lenti