Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artırılır

Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artırılır
  19 Dekabr 2017    Oxunub:1474
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərilməsini prioritet istiqamətlərdən biri hesab edir.
Qurumdan AzVision.az-a verilən məlumata görə, hazırda aşağıda göstərilən istiqamətlər üzrə vətəndaşlara elektron və digər xidmətlər göstərilir: Hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, itirilmiş və ya korlanmış hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Böyük Vətən Müharibəsində və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, əlil olmuş şəxslərə, həmçinin şəhid ailələrinə müvafiq arayışların verilməsi, çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi, - istifadəçi mobil telefonu vasitəsilə (hansı mobil operatorun xidmətindən istifadə edilməsindən asılı olmayaraq) şəxsiyyət vəsiqəsinin nömrəsini 9100 nömrəsinə (seriyasız) SMS vasitəsilə göndərməklə sorğunu formalaşdırır, - hərbi qeydiyyatda olması barədə arayışın verilməsi, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu, SMS məlumatlandırma xidməti - çağırışçıların öyrənilməsi və tibbi şəhadətləndirilməsi zamanı mobil nömrələri götürülür. Proqram təminatı vasitəsilə ümumi qoşun növləri üzrə bölgü prosesi başa çatdıqdan sonra hər bir çağırışçının mobil telefonuna hansı qoşun növündə müddətli həqiqi hərbi xidmət keçəcəyi barədə qısa mesaj (SMS) göndərilir.

Qeyd olunanlarla yanaşı, vətəndaşların müraciət və şikayətlərinin operativ cavablandırılması üçün 9100 Çağrı mərkəzi fəaliyyət göstərir.

AzVision.az


Teqlər: Dövlət-xidməti  





Xəbər lenti