Cocuq Mərcanlıdakı əməliyyatlarla bağlı yeni məlumat

Cocuq Mərcanlıdakı əməliyyatlarla bağlı yeni məlumat
  20 Dekabr 2017    Oxunub:1967
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) dekabrın 19-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, Cocuq Mərcanlıda gün ərzində 231 min 479 kvadratmetr ərazi “FEREX" və “EBİNGER” dərinlik ölçən cihazı ilə yoxlanılıb, mina və partlamamış hərbi sursat aşkarlanmayıb.

Cocuq Mərcanlıda otuz iki gün ərzində 11 partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 5 tank əleyhinə idarə olunmayan raket (PQ-7) və iki piyada əleyhinə mina (OZM-72) aşkar edilib. Cəmi 511 min 300 kvadratmetr ərazi tam təmizlənib, 236766 kvadratmetr ərazi 20 santimetr dərinliyində, 180 min 700 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitəsilə təmizləmə üçün hazırlanıb və 231479 kvadratmetr ərazi isə “FEREX” və “EBİNGER” dərinlik ölçən cihazı ilə yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları başa çatıb.

Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 19-dək ölkə üzrə, ümumilikdə, 7539 partlamamış hərbi sursat, tank əleyhinə 204 mina və piyada əleyhinə 35 mina aşkarlanaraq zərərsizləşdirilib, 5 milyon 917 min 967 kvadratmetr ərazi yoxlanılıb.


Teqlər: ANAMA   Cocuq-Mərcanlı  





Xəbər lenti