Sonsuzluq probleminin həlli üçün yeni imkan

Sonsuzluq probleminin həlli üçün yeni imkan
  20 Dekabr 2017    Oxunub:3382
Sonsuzluğun müalicəsi məqsədilə vətəndaşların tətbiqi qadağan edilməyən, həmçinin beynəlxalq praktikada geniş istifadə edilən köməkçi reproduktiv texnologiyalardan istifadə etməklə sonsuzluğun bütün növlərinin müalicəsi hüququ vardır.
AzVision.az xəbər verir ki, bu barədə yeni hazırlanan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində qeyd olunub.

Layihənin 12-ci (Sonsuzluğun müalicəsi hüququ) maddəsinə əsasən vətəndaşların köməkçi reproduktiv texnologiyaların mahiyyəti, səmərəliliyi, onların tətbiqinin optimal müddəti, tibbi və hüquqi nəticələri, mümkün ağırlaşmalar, həmçinin sonsuzluğun müalicəsinin digər üsulları barədə informasiya əldə etmək hüququ vardır.

Cins ilə bağlı irsi xəstəliyin keçirilməsi ehtimalının olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Sonsuzluq  





Xəbər lenti