“İran Azərbaycanla dostluq əlaqələrinə sadiqdir” - Əli Laricani

“İran Azərbaycanla dostluq əlaqələrinə sadiqdir” - Əli Laricani
  20 Dekabr 2017    Oxunub:2105
"Azərbaycan və İran arasındakı əlaqələrin qədim tarixi və dərin kökləri vardır. İran İslam Respublikası Azərbaycan Respublikası ilə dostluq əlaqələrinə sadiqdir".

AzVision.az xəbər verir ki, bunu İran İslam Respublikası İslami Şura Məclisinin sədri Əli Laricani Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşü zamanı deyib.
Ə.Laricani bildirib ki, iki ölkənin mədəni yaxınlığı var və bu, iqtisadi-siyasi əlaqələrin də inkişaf etdirilməsi üçün möhkəm təməldir:

"Əlaqələrin inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyəti xüsusilə qeyd edilməlidir. Naxçıvan Muxtar Respublikası ilə İran arasında turizm, iqtisadi-ticarət və qarşılıqlı investisiya qoyuluşu sahəsində imkanlar genişdir" - deyə Laricani vurğulayıb.

Qeyd edək ki, görüş zamanı Ali Məclisin sədri, Azərbaycan-İran Parlamentlərarası Dostluq Qrupunun həmsədri Vasif Talıbov İran İslami Şura Məclisinin sədri Əli Laricanini Naxçıvan Muxtar Respublikasına səfərə dəvət edib.

AzVision.az


Teqlər: Naxçıvan   İran   Vasif-Talıbov   Laricani  





Xəbər lenti