Bakıda Türkiyə və İran XİN rəhbərləri görüşüb

Bakıda Türkiyə və İran XİN rəhbərləri görüşüb
  20 Dekabr 2017    Oxunub:1281
Bakıda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə təkbətək görüşü keçirilib.
AzVision.az xəbər verir ki, görüş zamanı ikitərəfli, həmçinin regional məsələlər müzakirə edilib.

Qeyd edək ki, Bakıda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu və İranın XİN başçısı Məhəmməd Cavad Zərif iştirak edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   İran  





Xəbər lenti