Nazirlərin növbəti görüşü Türkiyədə keçiriləcək

Nazirlərin növbəti görüşü Türkiyədə keçiriləcək
  20 Dekabr 2017    Oxunub:1718
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti görüşü Türkiyədə keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, növbəti görüş zamanı iş adamları və iqtisadiyyat nazirlərinin iştirakı ilə forumun keçirilməsi planlaşdırılır.

Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: XİN  





Xəbər lenti